17 Sentyabr 2024, 10:43
FUTBOL
“Mançester Yunayted” rəhbərliyi komandanın futbolçusu Amad Diallonun müqaviləsinin müddətini uzatmaq qərarına gəlib. Matc.az xəbər verir ki, “mankunianlar” 22 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıblar.
İngilislər Diallonun cari mövsümün sonunda müqaviləsinin bitməsini əngəlləmək istəyirlər. Çünki Amad yayda azad agent kimi başqa kluba keçə bilər. Buna imkan verməmək üçün futbolçu ilə yeni 2 illik sözləşmənin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Diallo cari mövsümdə 5 oyunda 1 qol və 1 assistlə yadda qalıb.