Eddinin debütü Superliqada “Penanq” ilə görüşə təsadüf edib.

“Neftçi”nin sabiq futbolçusu Eddi İsrafilov yeni komandasında debüt edib. Matc.az xəbər verir ki, o, Malayziyanın “Johor” klubunda ilk oyununu keçirib.

Eddinin debütü Superliqada “Penanq” ilə görüşə təsadüf edib. İsrafilov matçın start heyətində yer alıb və oyunu əvəzlənmədən keçirib. Qarşılaşma “Johor”un 5:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisində 26 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest