Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Matc.az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlayacaq iclasın gündəliyində bu məsələlər yer alıb:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi

2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat

3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi

8. Digər məsələlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest