12 Sentyabr 2024, 18:02
FUTBOL
“Şeffild Yunayted”in müdafiəçisi Anel Axmedhodziç milli karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, 25 yaşında Bosniya və Herseqovinadakı çıxışını yekunlaşdırıb.
Futbolçu Bosniya və Herseqovina millisində 2020-ci il oktyabrın 8-də Duşan Bajeviçin rəhbərliyi altında debüt edib. Daha sonra Lixtenşteyn və İslandiya ilə Avropa çempionatının seçmə mərhələ oyunları üçün Meho Kodronun rəhbərliyi altında təlim-məşq toplanışına gəlməkdən imtina etdiyi üçün yerli federasiya Axmedhodziçlə problem yaşayıb.
Anel millinin heyətində 24 oyun keçirib, DÇ-2022-nin seçmə mərhələsində 1 qol vurub.