11 Sentyabr 2024, 11:05
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycanın 4 komandası 502 klubluq siyahıya düşüb.
Onlardan ən yaxşı göstəriciyə malik komanda “Qarabağ”dır. Ancaq Ağdam klubu 18 pillə geriləyib. Qurban Qurbanovun yetirmələri 182,75 xalla 52-ci yerə düşüb.
Həmçinin “Neftçi” və “Sabah”da da geriləmə müşahidə edilib. “Ağ-qaralar” 431-ci yerdən 482-ci pilləyə qədər geriləyib. Komandanın 53,5 xalı var. “Sabah” isə 428-ci (59 xal) pilləyə düşüb.
Əvəzində “Zirə” irəliləyib. Qəsəbə təmsilçisi (91,25 xal) 280-ci yeri 211-ə dəyişib.
Reytinqə “Real” (403 xal) başçılıq edir.