11 Sentyabr 2024, 11:11
FUTBOL
Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətov Millətlər Liqasının ilk iki turundakı performansı ilə diqqət çəkib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper iki oyunda 5 qol buraxsa da, ən çox qurtarış edən iki qapıçıdan biridi.

Cənnətov İsveç və Slovakiya ilə matçlarda ümumilikdə 12 dəfə komandamızı qoldan xilas edib. O, estoniyalı Karl Yakob Heynlə birlikdə birinci sıranı bölüşür.
Qeyd edək ki, millimiz evdə İsveçrəyə (1:3), səfərdə isə Slovakiyaya (0:2) məğlub olub.