11 Sentyabr 2024, 10:38
FUTBOL
Afrika Millətlər Kubokunda Botsvana ilə keçirilən oyun Misir millisinin lideri Məhəmməd Salah üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu yığmasının heyətində 100-cü görüşünü keçirib.
Qarşılaşma misirlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mataqlıdı ki, Salah 2011-ci ildən Misir millisində çıxış edir. O, yığmanın heyətində 56 qol vurub, 33 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Salah Botsvana ilə oyunda 1 qol vurub. Misir yığması C qrupunda geridə qalan iki turda 6 xal toplayıb.