Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Roma"dan sol cinah yarımmüdafiəçisi Nikola Zalevskinin keçidini həll edib.

"Sarı-qırmızılar" polşalı ön xətt oyunçusu üçün İtaliya klubuna 10 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu "Qalatasaray"la 4 illik müqavilə imzalayacaq və onun illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. Polşa millisinin üzvü paytaxt təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 109 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest