10 Sentyabr 2024, 17:21
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avqust ayının ən yaxşı klublarının adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Çexiya təmsilçisi “Sparta” başçılıq edir.
Praqalılar ötən ay Çempionlar Liqasının təsnifat mərhələsində 3 qələbə, 1 heç-heçə, Çexiya çempionatında isə 2 qələbə, 1 bərabərliklə yadda qalıb. Nəticədə “Sparta” 48,5 xalla liderdi.
Aktivində 44 xal olan “Real” ikinci sıradadı. Madrid klubu ötən ay UEFA Superkubokunu qazanmaqla yanaşı, La Liqada 2 qələbə və 1 heçə-heçəyə imza atıb. İlk “üçlüy”ü Braziliyanın “Fortaleza” klubu qapayır. Onların aktivində 42 xal var.
Qeyd edək ki, iyulun ən yaxşı klubu 38 xalla Rumıniya “Buxarest”i olub.