Bu gün Azərbaycan Premyer Liqasında 2024-25 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, saat 15:00-da başlayan püşkatma mərasimi AFFA-nın inzibati binasında reallaşıb.

Sayca 33-cü Azərbaycan çempionatında 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 2-də start veriləcək. İlk turun oyunları 2-4 avqust tarixlərində keçiriləcək.

Püşkün nəticəsinə əsasən, ilk turda bu oyunlar baş tutacaq:

"Araz Naxçıvan" - "Qarabağ"

"Şamaxı" - "Sabah"

"Zirə" - "Səbail"

"Neftçi" - "Turan Tovuz"

"Sumqayıt" - "Kəpəz"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest