05 İyul 2024, 00:45
FUTBOL
Fransanın “Lion” klubu yay transferində aktivliyini davam etdirir.
Matc.az xəbər verir ki, fransızlar “Notinqem Forest”dən mərkəz müdafiəçisi Mussa Nyakate ilə müqavilə imzaladığını rəsmən elan edib. Transfer məbləği 27 milyon funt-sterlinq olub və 28 yaşlı seneqallı ilə 4 illik müqavilə imzalanıb.
Bu, yayda “Notinqem Forest”dən “Lion”a gedən ikinci futbolçudur. Daha əvvəl Fransa klubu Belçika millisinin yarımmüdafiəçisi Orel Manqalı da alıb.
Xatırladaq ki, “Lion” ötən mövsümə çox zəif başlamışdı, lakin mövsümü altıncı yerdə başa vuraraq Avropa Liqasına vəsiqə qazana bilib.