04 İyul 2024, 19:12
FUTBOL
İspaniya millisinin qapıçısı David Raya növbəti mövsümdə də “Arsenal”da çıxış edəcək.
London klubu Rayanın hüquqları “Brentford”a məxsus olan müqavilənin almaq opsionunu aktivləşdirdiyini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, transfer qiyməti 27 milyon funt-sterlinqdir.
Rayanın “Arsenal”la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, ötən mövsüm Raya icarə əsasında “Arsenal”a keçib və Premyer Liqada 32 oyunda 16 qol seyvi edib.