04 İyul 2024, 16:56
FUTBOL
Futzal üzrə Çempionlar Liqasında 2024-25 mövsümünün ilkin və əsas mərhələlərinin püşkü atılıb. Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.
Qrupun oyunları avqustun 20-25-i aralığında İsveçdə keçiriləcək.