04 İyul 2024, 13:36
FUTBOL
Serbiyalı yarımmüdafiəçi 3 il formasını geyindiyi Səudiyyə Ərəbistanının "Abha" klubundan ayrılıb.
"Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç klubsuz qalıb. Matc.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi 3 il formasını geyindiyi Səudiyyə Ərəbistanının "Abha" klubundan ayrılıb.
Bu barədə Matiç özü instaqram səhifəsində məlumat yayıb. Onun karyerasını hansı klubda davam etdirəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, karyerasında “Breda”, “Şturm”, “Kopenhagen”, “Austriya”, APOEL kimi klublarda da oynamış Matiç 2020-2021 mövsümündə “Qarabağ”ın uğurları üçün çalışıb. O, Ağdam klubundan ayrıldıqdan sonra "Abha"ya keçmişdi.