"Bavariya"nın futbolçusu Yusuf Kabadayı komandasını dəyişib. Matc.az xəbər verir ki, 20 yaşlı oyunçu "Auqsburq"a keçib.

Onunla 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Münhen klubunun yetirməsi olan Yusuf ötən mövsümü icarə əsasında "Şalke”də keçirib. Gənc hücumçu II Bundesliqada 23 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest