04 İyul 2024, 11:50
FUTBOL
"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu “Floreşti” ilə üz-üzə gəlib.
Oyun “Şerif”in 5:0 hesablı qələbəsi ilə nəticələnib. Tiraspollular bundan öncə "Zimbru"nu 1:0 hesabı ilə üstələmişdilər.
Qeyd edək ki, “Zirə”nin “Şerif”lə ilk matçı iyulun 11-də Moldovada, cavab oyunu isə 1 həftə sonra Bakıda keçiriləcək.