03 İyul 2024, 16:43
FUTBOL
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Qəbələ səfəri zamanı şəhər stadionunun infrastrukturu ilə tanış olmaqla kifayətlənməyib. Matc.az saytının əldə etdiyi məlumata görə, portuqaliyalı çalışdırıcı burada təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasını da ziyarət edib.
Santuş tovuzluların yeni çalışdırıcısı Kurban Berdıyevlə görüşüb. Türkmənistanlı mütəxəssislə tanış olan yığmamızın baş məşqçisi komandanın vəziyyəti ilə maraqlanıb, həmkarına futbolçular barədə suallar verib.
Qeyd edək ki, bu il 70 yaşını tamamlayacaq Santuş məşqçilik fəaliyyəti ərzində Yunanıstan, Portuqaliya və Polşa yığmalarını da çalışdırıb. Onun millimizdən öncəki son iş yeri isə “Beşiktaş” klubu olub.