03 İyul 2024, 16:14
FUTBOL
Amerika Kuboku turnirində iştirak edən Braziliya yığması ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “pentakampeonlar”ın aparıcı üzvü Vinisius Junior cəzalı duruma düşüb.
O, yarışın qrup mərhələsində Paraqvay (4:1) və Kolumbiya (1:1) ilə oyunlarda sarı vərəqə aldığından, limiti doldurub. Bu səbəbdən Vinisius 1/4 final mərhələsində Uruqvayla matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Uruqvay - Braziliya qarşılaşması iyulun 7-də keçiriləcək.