03 İyul 2024, 15:00
FUTBOL
Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvilinin gəncəlilərlə müqaviləsinin müddəti başa çatıb.
"Kəpəz"dən növbəti ayrılıqlar reallaşıb. Matc.az xəbər verir ki, Gəncə klubu daha üç futbolçusu ilə yolları ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvilinin gəncəlilərlə müqaviləsinin müddəti başa çatıb. Bu səbəbdən legionerlər komandanı tərk ediblər.
Qeyd edək ki, bunadək Elçin Əlicanov, Vüsal Məsimov, Martins Junior, Mate Kvirkviya və Adama Niane də “Kəpəz”dən ayrılıb.