Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq Macarıstan klubu “Fehervar” daha bir transfer həyata keçirib. Sekeşfehervar təmsilçisi ingiltərəli yarımmüdafiəçi Corc Dobsonla güclənib.
Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq Macarıstan klubu “Fehervar” daha bir transfer həyata keçirib. Matc.az xəbər verir ki, Sekeşfehervar təmsilçisi ingiltərəli yarımmüdafiəçi Corc Dobsonla güclənib.
İngiltərənin aşağı liqa təmsilçisi “Çarlton”la müqavilə müddəti başa çatan 26 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib. Dobsonun İngiltərə və başqa ölkələrdən təklifləri də olub. Lakin o, öncədən ilkin razılığa gəldiyi “Fehervar”la müqavilə imzalamağı üstün tutub.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə ayın 31-də səfərdə keçirəcək.