“Roma” klubunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, qapıçı Ruy Patrisio İtaliya klubunu tərk edib.

Portuqaliya millisinin üzvünün “canavarlar”la müqavilə müddəti başa çatıb. Rəhbərlik yeni saziş təklif etmədiyindən, 36 yaşlı qapıçı bu gündən azad agent statusu alıb.

Qeyd edək ki, Ruy Patrisio 2021-ci ildən bəri “Roma”nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest