Hücumçu Mişi Batşuayi “Fənərbaxça”dan ayrılır. Matc.az xəbər verir ki, Belçika millisinin üzvü yenə də Türkiyədəki karyerasını davam etdirəcək.

30 yaşlı forvard “Fənər”in əzəli rəqibi “Qalatasaray”la anlaşıb. O, Superliqa çempionuna azad agent kimi keçəcək. Batşuayinin “cim-bom”la 3 illik müqavilə imzalaması planlaşdırılır.

Qeyd edək ki, Mişi Batşuayi 2022-ci ildən “Fənərbaxça”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest