30 İyun 2024, 17:36
FUTBOL
“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.
Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb. Bu barədə klub mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir il “Qarabağ”ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb. Fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.