Argentina millisinin hücumçusu Lionel Messi böyük turnirlərin qrup mərhələsində 14 ildən sonra ilk dəfə qol vura bilməyib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “OneFootball” paylaşıb.

37 yaşlı hücumçu Amerika Kubokunun A qrupunda Kanada (2:0) və Çili (1:0) ilə oyunlarda meydana çıxıb.

O, bu qarşılşamaların heç birində rəqib qapılarına yol tapa bilməyib. Messi Peru ilə matçda isə zədə səbəbindən meydana çıxa bilməyib. Buna baxmayaraq onun komandası 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, futbolçu 2010-cu ildə təşkil olunan dünya çempionatından sonra ilk dəfə olaraq böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest