“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı iki rəqibi bəlli olub.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi “Viktoriya”(Plzen) ilə qarşılaşacaq.

Görüş iyulun 9-da baş tutacaq. Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək.

Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Kayzerslauten” ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Qarabağ” iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın ikinci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest