29 İyun 2024, 14:18
FUTBOL
“Çelsi” “Aston Villa”nın yarımmüdafiəçisi Omari Kellimanı transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, tərəflər 6+1 illik müqavilə bağlayıblar.
“Transfermarkt” portalının məlumatına görə, transferin məbləği 22,5 milyon avro təşkil edib. Futbolçu iyulda yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Kelliman “Derbi Kaunti”nin yetirməsidir. O, 2022-ci ildən “Aston Villa”nın heyətindədir. Ümumilikdə, 18 yaşlı yarımmüdafiəçi əsas komandada 6 oyun keçirib və bir məhsuldar ötürmə edib.