“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeçlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sarı-qırmızılar” Ziyeç üçün İngiltərə klubuna təzminat ödəməyib.

31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq.

Qeyd edək ki, Hakim Ziyeç ötən mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest