28 İyun 2024, 21:37
FUTBOL
Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” bu gün ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, Xaçmaz təmsilçisi ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şimal”ın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma 1 iyul tarixində baş tutacaq.