Lionel Messi Amerika kubokunun qrup mərhələsində Çiliyə qarşı ikinci turu zədə ilə başa vurub.

Matc.az xəbər verir ki, o, ayaq biləyindən zədə alıb.

Messi sabah günortadan sonra Argentina millisinin məşqinə qatılacaq. Məlum olub ki, Messi Amerika Kubokunun 1/4 final qarşılaşmasına daha yaxşı hazırlaşmaq üçün qrup mərhələsinin növbəti oyununu buraxacaq.

Xatırladaq ki, Argentina millisi 88-ci dəqiqədə Lautaro Martinezin qolu sayəsində Çilini 1:0 hesabı ilə məğlub edib. Beləliklə, dünya çempionları birinci yerdən 1/4 finala çıxmağı təmin ediblər.

Messi indiyədək yalnız Kanada ilə matçda (2:0) bir məhsuldar ötürmə edib. Qrup mərhələsinin son turunda Argentina cəmi 1 xalı olan Peru millisi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest