“Turan Tovuz”un futbolçusu Roderik Millerin formasını geyindiyi Panama gözlənilmədən ev sahibi ABŞ-a qalib gəlib. Miller həmin matçda 90 dəqiqə iştirak edib.
Amerika Kubokunda qrup mərhələsinin II turu davam edir. Matc.az xəbər verir ki, C qrupunda növbəti oyunlar keçirilib.
Uruqvay millisi Boliviyanın qapısından 5 cavabsız top keçirib. “Turan Tovuz”un futbolçusu Roderik Millerin formasını geyindiyi Panama isə gözlənilmədən ev sahibi ABŞ-a qalib gəlib. Miller həmin matçda 90 dəqiqə iştirak edib.
Qrupda sonuncu turun qarşılaşmaları iyulun 2-də olacaq.
Amerika Kuboku
II tur, C qrupu
Panama – ABŞ – 2:1
Sezar Blekmen, 26, Xose Fayardo, 83 - Folarin Baloqun, 22
Uruqvay – Boliviya – 5:0
Fakundo Pellistri, 6, Darvin Nunyes, 21, Maksimiliano Arauxo, 77, Federiko Valverde, 81, Rodriqo Bentankur, 89