27 İyun 2024, 19:08
FUTBOL
Sonuncu iş yeri “Panatinaikos” olan Fatih Terim Səudiyyə Ərəbistanında işləyəcək.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, “Al Taavon” klubu Fatih Terimlə razılığa gəlib. Tərəflər arasında bütün detallar razılaşdırıb. 71 yaşlı təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, bundan əvvəl də Səudiyyə Ərəbistanı klubları Fatih Terimin xidmətində maraqlı olublar. Lakin mütəxəssis təklifləri rədd etmişdi.