27 İyun 2024, 13:56
FUTBOL
“İnter” qapı xəttini gücləndirib. Matc.az xəbər verir ki, A seriyası çempionu İtaliyanın digər klubu “Cenoa”nın qolkiperi Xosep Martinesi transfer edib.
Klublar arasında danışıqlar müsbət yekunlaşıb. “Neradzurra” bonuslar da daxil olmaqla, bu keçid müqabilində qarşı tərəfə 15 milyon avro ödəyəcək. 26 yaşlı ispaniyalı da yeni komandası ilə uzunmüddətli müqaviləni razılaşdırıb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xosep Martines ötən mövsüm A seriyasında 36 oyun keçirib.