“Arsenal” rəhbərliyi komandanın hücum xəttini gücləndirmək fikrindədi. Matc.az xəbər verir ki, “topçular” cinah hücumçusu transfer etmək fikrinə düşüblər.

Bu mövqeyə namizədlər kimi “Atletik”dən Niko Uilyams və “Vulverhempton”dan Pedro Neto göstərilir. Hər iki futbolçu ilə danışıqlara start verilib.

“Arsenal” rəhbərliyini Netonun tez-tez zədələnməsi narahat edir. Uilyamsın isə transfer məbləği London klubunu razı salmır. Qarşı tərəf ona görə 58 milyon avro tələb edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest