26 İyun 2024, 15:31
FUTBOL
“Yuventus” “Nitsa”nın yarımmüdafiəçisi Kefren Türama maraq göstərməyə başlayıb. Matc.az xəbər verir ki, Turin klubu fransalı oyunçunun transferi üçün müqaviləyə öz futbolçularını da daxil edə bilər.
“Nitsa” Türamın qarşılığında hücumçu Moyze Kini və ya yarımmüdafiəçi Cozef Nonqeti ala bilər.
Türamla “Fənərbaxça” da danışıq aparır. Lakin “Yuventus”un bu transferə maraq göstərməsindən sonra İstanbul klubunun şansları azalıb.