26 İyun 2024, 16:37
FUTBOL
Kinqsli Koman bu yay PSJ-yə qayıda bilər. Matc.az xəbər verir ki, “Bavariya”nın vingeri parislilərin maraqlandığı oyunçular siyahısındadı.
28 yaşlı hücumameyilli oyunçunun nümayəndələri ilə artıq ilk danışıqlar aparılıb. Münhenlilər də sərfəli təklif alarsa, Fransa millisinin üszvünü satmağa hazır olacaq. Kinqsli təxminən 40-50 milyon avro dəyərində qiymətləndirilir. Onun illik məvacibi isə 15 milyon avrodan çoxdu.
Qeyd edək ki, Kinqsli Koman ötən mövsüm Bundesliqada 17 oyun keçirib, 3 qol vurub. O, daha əvvəl 2013-14 mövsümündə PSJ-nin formasını geyinib.