26 İyun 2024, 09:58
FUTBOL
ABŞ-da keçirilən Amerika Kubokunda qrup mərhələsinin II turu start götürüb. Matc.az xəbər verir ki, A qrupunda növbəti görüşlər keçirilib.
Çili üzərində minimalhesablı qələbə qazanan Argentina 1/4 finala vəsiqəni rəsmiləşdirib. Lakin komandanın kapitanı Lionel Messi birinci hissədə zədələnib. Superulduzun durumuna bu gün aydınlıq gələcək.
Digər matçda Kanada Perudan güclü olub.
Amerika Kuboku
Qrup mərhələsi, II tur
A qrupu
Peru – Kanada – 0:1
Conatan David, 74
Çili – Argentina – 0:1
Lautaro Martines, 88