25 İyun 2024, 12:01
FUTBOL
Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Almaniyalı vinger Coy-Lens Mikels sabiq komandasına qayıdıb.
Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Martc.az xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikels sabiq komandasına qayıdıb.
30 yaşlı hücumçu köhnə-yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. O, daha əvvəl 2021-2023-cü illərdə “Sabah”ın formasını geyinib, ötən ilin yayında Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna keçib. Futbolçu “Sabah”a azad agent kimi dönüb.
Qeyd edək ki, “Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudu.