“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə səfər oyununun yeri dəyişdirilib. Matc.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Macarıstanda olmayacaq.

Bakı klubu İsrail komandası ilə Slovakiyada üz-üzə gələcək. Buna səbəb Debretsendəki stadionda həmin gün başqa tədbirin keçirilməsidi. Görüş iyulun 25-də reallaşacaq.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında cavab matçı avqustun 1-də Bakıda oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest