“Lill”in hücumçusu Conatan David İngiltərəyə köçə bilər. Matc.az xəbər verir ki, Premyer Liqanın 3 klubu Kanada millisinin üzvü uğrunda mübarizə aparır.

Konkret olaraq “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” 24 yaşlı forvardı heyətinə qatmaq niyyətindədi. “Lill” rəhbərliyi də aparıcı oyunçusunu satmağı planlaşdırır. Çünki onun Fransa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. Liqa 1 təmsilçisi qolçusunun satışından təxminən 25-30 milyon avroluq qazanc götürmək istəyir.

Qeyd edək ki, Conatan David “Lill”ə 2020-ci ildə “Gent”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest