24 İyun 2024, 13:04
FUTBOL
Əvvəlcə II Liqa start götürəcək.
I və II Liqanın başlama tarixləri bəlli olub. Matc.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqası rəsmən açıqlayıb.
Bildirilib ki, əvvəlcə II Liqa start götürəcək. Azarkeşlər sentyabrın 1-dən bu liqanın oyunlarını izləmək şansı əldə edəcəklər.
I Liqa isə II Liqadan 10 gün sonra, yəni 11 sentyabrda başlayacaq.
I və II Liqada 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı da müəyyənləşib. Mərasim 13 avqust tarixində saat 15:00-da AFFA-nın inzibati binasında baş tutacaq.