AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasdan sonra “Qarabağ”ın baş məşqçisi və İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov jurnalistlərə açıqlama verib.

O, toplantıda mühüm qərar qəbul edilmədiyini söyləyərək, ciddi yeniliyin olmadığını qeyd edib.

Q.Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi məsələsi ilə bağlı müzakirələr aparıldığını deyərək, bu barədə yaxın günlərdə qərar veriləcəyini diqqətə çatdırıb.

Təcrübəli mütəxəssis söhbət əsnasında Premyer Liqanı tərk edən “Qəbələ”yə AFFA tərəfindən yardım ediləcəyini söyləyib: “Köməklik ediləcək. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest