“Qarabağ” Çempionlar Liqasının (ÇL) 2024-25 mövsümündə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Matc.az xəbər verir ki, buna səbəb “Real”ın ÇL-in qalibi olmasıdı.

Azərbaycan çempionu II raundun püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun yetirmələri ilə yanaşı, daha 8 komandanın güclülər sırasında qərarlaşacağı dəqiqdi. Yalnız bir komandanın səpələnməmişlərdə yer alacağı məlumdu. Bu, Polşa klubu “Yagelloniya”dı. Adıçəkilən komanda püşkdə “Qarabağ”ın 12 mümkün rəqibindən biri olacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər:

PAOK (Yunanıstan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Ferensvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Bodo-Qlimt” (Norveç)

“Midtyulland” (Danimarka)

“Sparta” (Çexiya)

“Malmö” (İsveç)

APOEL (Kipr)

Səpələnməmişlər:

“Yagelloniya” (Polşa)

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Raundun matçları 23-24 iyul və 30-31 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest