“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbaxça”ya keçə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Matc.az xəbər verir ki, polşalı forvard bunu təkzib edib.

Ulduz futbolçu Türkiyə klubundan onunla heç kimin əlaqə saxlamadığını bildirib: “Fənərbaxça” məni transfer etmək istəyir? Bu barədə heç nə bilmirəm”.

Qeyd edək ki, “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo hücum xəttinin Robert Levandovski ilə gücləndirilməsini istəyir. Forvardın “Barselona” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest