03 İyun 2024, 12:14
FUTBOL
"Sumqayıt" Orxan Sadıqlı ilə yolları ayırıb. 31 yaşlı qapıçının klubla müqaviləsi olsa da, sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
UEFA Konfrans Liqasında oynamaq hüququ qazanan "Sumqayıt"da ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, “kimyaçılar” Orxan Sadıqlı ilə yolları ayırıblar.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 31 yaşlı qapıçının klubla müqaviləsi olsa da, sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, karyerası ərzində “Xəzər Lənkəran”, “Keşlə” və “Zirə” klublarında da oynamış Orxan Sadıqlı ötən ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.