“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Moskva “Spartak”ına keçməsi ilə bağlı Rusiya mətbuatında yayılan xəbərlər şayiədi. Matc.az xəbər verir ki, bunu 32 yaşlı qolkiper özü açıqlayıb.

O, ölkəsinin mətbuatına açıqlamasında “Spartak”la danışıq aparmadığını söyləyib. Lunyov gələcək taleyinə isə hələ aydınlıq gətirmədiyini vurğulayıb: “Bu tip şayiələri şərh etməyin mənası yoxdu. Bunun nə dərəcədə doğru olub-olmadığını “Spartak” təmsilçilərindən soruşun. Mən şərh etmək istəmirəm”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti bu ayın sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest