Yassin Benzia Əlcəzair millisinin düşərgəsinə tez qoşulmaq üçün “Qarabağ” rəhbərliyindən bu barədə xahiş edib. Çünki onun komandası DÇ-2026-nın seçmə mərhələsində Qvineya və Uqanda ilə qarşılaşacaq.

Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gələn “Qarabağ”ın bir aparıcı futbolçusu həlledici görüşdə iştirak etməyib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Yassin Benzia dünənki görüşün iştirak ərizəsində olmayıb.

Əlcəzair mətbuatında bunun səbəbi ilə bağlı yazı dərc olunub. Bildirilib ki, 29 yaşlı futbolçu Əlcəzair millisinin düşərgəsinə tez qoşulmaq üçün “Qarabağ” rəhbərliyindən bu barədə xahiş edib. Çünki onun komandası DÇ-2026-nın seçmə mərhələsində Qvineya və Uqanda ilə qarşılaşacaq. Benzia da hazırda yığması ilə qarşıdakı vacib matçlara hazırlaşır.

Qeyd edək ki, Əlcəzair yığması iyunun 6-da Qvineya ilə, dörd gün sonra isə Uqanda ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest