03 İyun 2024, 09:25
FUTBOL
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matc.az xəbər verir ki, saat 10:00-da başlayacaq toplantı milli assosiasiyanın inzibati binasında reallaşacaq.
Komitənin gündəliyində bir neçə məsələ var. Belə ki, 2024-cü il üçün AFFA-nın büdcəsi, AFFA-nın strategiyası və uşaq futbolu, aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçiləri, I və II Liqada mövcud vəziyyət, həmçinin “Qəbələ”yə müvafiq yardımın ayrılması məsələləri müzakirə olunacaq.
Eyni zamanda, gündəlikdə digər məsələlər də olacaq.