“Sevilya” yeni baş məşqçisinin adını açıqlayıb.

Matc.az xəbər verir ki, komandaya Qarsiya Pimenta rəhbərlik edəcək.

O, bu vəzifədə Kike Sançes Floresi əvəzləyib. Pimenata 2022-2024-cü illərdə “Las-Palmas”ın baş məşqçisi olub. 49 yaşlı mütəxəssis məşqçilik karyerasına “Barselona”nın gənclər komandasında start verib.

Qeyd edək ki, “Sevilya” İspaniya Primerasında 2023-2024-cü illər mövsümünü 14-cü pillədə başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest