Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir. Bu gün qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir. 

Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – Belçika 3:0
Qollar: 
Vüsal İsayev 25+1, 35, Samir Həmzəyev 39

Qeyd edək ki, millimiz növbəti görüşlərini İtaliya (3 iyun) və Fransa (4 iyun) yığmalarına qarşı keçirəcək. 

Xatırladaq ki, Azərbaycan millisi hazırkı Avropa çempionudur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest