Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final qarşılaşması baş tutub.
Matc.az xəbər verir ki, həlledici görüşdə Premyer Liqanin qalibi “Qarabağ”la çempionatı ikinci sırada başa vuran “Zirə” üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da keçirilən görüşdə Ağdam təmsilçisi qələbəyə sevinən tərəf olub.
Bununla da “Qarabağ” ölkə kubokuna ümumilikdə 8-ci dəfə sahib çıxıb. Həm ölkə çempionatının, həm də kubokun qalibi olan “Köhlən atlar” “qızıl dubl"a imza atıb.
Azərbaycan Kuboku
Final
2 iyun (bazar)
“Qarabağ” – “Zirə” – 2:1
Qollar: Olavio Juninyo, 42, Abdullah Zubir, 62 // İsmayıl İbrahimli, 58
“Liv Bona Dea Arena”. Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu, Eyyub İbrahimov
"Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov